“İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir.
Bununla əlaqədar 13 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayon sektorunun iştirakı ilə Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin 9, 10 və 11-ci sinif şagirdləri ilə “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə insan hüquq və azadlıqları, hüquqpozmalar və onlardan müdafiə üsullarına dair geniş məruzələr dinlənilmiş, maarifləndirici video-slayd nümayiş etdirilmiş və tədbir iştirakçıları ilə söhbət-disputlar aparılmışdır.