Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Xızı Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 may 2026-cı il tarixli Sərəncam imzalanıb. Sərəncamın məqsədinin Respublikanın ərzaq təhlükəsizliyinin qarantı sayılan kənd təsərrüfatı sektorunun, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin davamlı inkişafına nail olmaqdır.
Görüşdə kənd təsərrüfatı sahəsində qarşıda duran hədəflər, məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi və dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti müzakirə olunmuşdur. Fermerlər öz təcrübələrini bölüşərək, bölgədə istehsal və emal sahələrinin daha da inkişaf etdirilməsi üçün təkliflərini səsləndirmişlər.






