Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xızı rayonunda “Ailə: Milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısı” mövzusunda tədbir keçirilib.

05 avqust 2025 | 14:37

 05 avqust 2025-ci il tarixində Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində  Xızı Rayon İcra Hakimiyyətinin və “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ailə: Milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısı” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak edib.

    Tədbiri giriş sözü açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov ailəni cəmiyyətin təməl daşı adlandıraraq bildirdi ki, ailə milli kimliyimizin, tariximizin, dilimizin və adət-ənənələrimizin başlanğıcıdır. Azərbaycanda qurulan ailə modelinin təməlində mənəvi dəyərlərin qorunması, özünəməxsus ənənələrin yaşadılması, fərdlər arasında sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynlərə hörmət hisləri dayanır.

   “Tərəqqi Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi” nin rəhbəri İndira Şəmsivari çıxış edərək mənəvi dəyərlərimiz olan hörmət, sədaqət, vəfa və mərhəmət kimi anlayışların əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, uşaqlar milli-mənəvi dəyərləri ailədə öyrənərək, böyüdükcə bu dəyərləri cəmiyyətə daşıyırlar. Ona görə də, ailə mənəviyyatın məktəbidir və onu qorumaq hər birimizin borcudur.

     Daha sonra, tədbirdə çıxış edənlər baba-nənələrimizin həyat təcrübəsini  örnək göstərərək gənclərə ailə dəyərlərinin qorunmasının və bundan sonraki nəsillərə ötürülməsinin vacibliyindən bəhs etdilər.

     Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Keçidlər