“Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq 04 aprel 2025-ci il tarixində Xızı şəhərinin giriş hissəsində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir. “Konstitusiya və Suverenlik ili” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaq, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.
80 nəfərin iştirakı ilə keçirilmiş aksiya çərçivəsində ümumilikdə 500 ədəd müxtəlif cinsli ağac və kollar əkilmişdir.