Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiya arzuları puç edir” adlı tədbir keçirilmişdir.

07 fevral 2025 | 14:30
07 fevral 2025-ci il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında Xızı Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı, Xızı Rayon Polis Şöbəsi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı sektorunun iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq “Korrupsiya arzuları puç edir” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov açıq elan edərək, tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığı, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyi, iqtisadi və sosial inkişafı ləngitdiyi, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu qeyd etmişdir. O, korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulamış, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırmışdır.
Dəyirmi masa formatında keçirilən tədbirdə ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da möhkəmləndirilməsi, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi barədə ətraflı məruzələr dinlənilmişdir.
Keçidlər