“Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.
Xızı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 19 dekabr 2024-cü il tarixində “2024-ci ildə Xızı rayonunda mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Xızı rayonu üzrə idarə, müəsissə və təşkilat, yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə rayon ərazisində yarana biləcək təbii fəlakətlər zamanı kompleks tədbirlərin həyata keçirilməsi, problemlər, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılmışdır.
Müşavirənin sonunda Fövqəladə Hallar Nazirliyinin yaranmasının 19-cü il dönümü münasibətilə xidmətdə fərqlənən bir qrup əməkdaşa Xızı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.