Şriftin ölçüsü :

Saytın rəngi :

"Mültikulturalizm və dini harmoniyanın hüquqi əsasları" mövzusunda maarifləndirici tədbir keçirilib.

04 iyun 2026 | 15:41

  04 iyun tarixində Xızı rayonu Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal regional Mərkəzinin, Qərbi Azərbaycan İcmasının Xızı rayon üzrə nümayəndəliyinin, Rafiq İsmayılov adına Xızı şəhər tam orta ümumtəhsil məktəbinin  və Xızı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar İnsan Hüquqları aylığı çərçivəsində “Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda tədbir keçirilib.      

     Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdir müavini Ülkər Mövsümlü,  fəal gənclər və rayon ictimaiyyəti iştiak edib.

      Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin  əziz xatirəsinin yad edilməsi və dövlət himninin oxunması ilə başlanıb. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində həyata keçirilən ardıcıl islahatlardan, ölkəmizdə mövcud olan multikultural dəyərlərdən, milli-mənəvi həmrəyliyin və dini tolerantlığın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı nümunəvi məkan olub. Bu ənənələrin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

     Çıxışlarda vurğulanıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, vicdan azadlığının qorunması, dini etiqad azadlığının həyata keçirilməsi üçün etibarlı hüquqi baza formalaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən siyasət nəticəsində cəmiyyətdə milli birliyin, dini harmoniyanın və multikultural dəyərlərin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

      Tədbir iştirakçıları tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, insan hüquqlarının təşviqi, tolerantlıq mühitinin qorunması və gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.

      Sonda İnsan hüquqları və mənəvi dəyərlərimizlə bağlı videoçarx nümayiş etdirilib.

Keçidlər