Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya, erkən nikah və onların fəsadları”  adlı tədbir keçirilib.

11 aprel 2025 | 15:30

  11 aprel 2025-ci il tarixində Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xızı rayonu Giləzi qəsəbə tam orta məktəbində “Narkomaniya, erkən nikah və onların fəsadları”  adlı tədbir keçirilib.

    Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Giləzi qəsəbə tam orta məktəbinin müəllimləri və yuxarı sinif şagirdləri iştirakı edib. Çıxış edənlər bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, erkən nikahın təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və bunların qarşısının alınması istiqamətində ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini bildiriblər. Belə halların qaşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu işdə həm ailənin həmdə təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.

   Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və videoçarx nümayiş etdirilib.

Keçidlər