Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniyaya yox deyirəm və sağlam həyatı seçirəm! Bəs sən?" adlı seminar keçirilmişdir.

17 noyabr 2022 | 09:44
17 noyabr 2022-ci il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində "Narkomaniyaya yox deyirəm və sağlam həyatı seçirəm! Bəs sən?" adlı seminar keçirilmişdir. Seminarın məqsədi sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, həmçinin milli şüurun inkişafı və vətənpərvərlik hisslərinin aşılanması kimi məqamlardan ibarət olmuşdur.
Seminarda çıxış edən Xızı rayon İcra Hakimiyyətinin nümayəndəsi Abdulla Hüseynov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Xızı rayon Polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Vüsal Məmmədov, Xızı rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elyanar Hüseynov, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədov, Xızı rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı Ceyhun Qarayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin rəisi, polkovnik-leytenantı Gündüz Abdullayev, şair Etibar Dağlı yeniyetmə və gənclərin narkotik vasitələrə meyilliklərinin fəsadlarından, məktəblərdə antinarkotik təbliğatın vacibliyindən bəhs ediblər.
Çıxışlarda qeyd olunub ki, bəzi gənclərin zərərli vərdişlərə meylinin artması ağır nəticələr törədir. Problemə müasir yanaşma gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilmək problemin həlli yollarına daxildir.
Keçidlər