Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar maarifləndirici görüş keçirilib.

25 iyun 2026 | 12:44

Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman, Abşeron-Xızı Regional Təhsil İdarələrinin birgə təşkilatçılığı ilə 25 iyun 2026-cı il tarixində Giləzi qəsəbə tam orta məktəbində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar maarifləndirici görüş keçirilib.

Məqsəd uşaq və yeniyetmələr arasında narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlılığın artırılması, sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizənin gücləndirilməsidir.
Görüşdə uşaqlarla maarifləndirici söhbətlər aparılıb, sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb, yetkinlik yaşına çatmayanlara hüquqazidd əməllərdən çəkinmək üçün müvafiq tövsiyələr verilib.
Sonda uşaqlara mövzuya uyğun hazırlanmış maarifləndirici bukletlər təqdim edilib.

Keçidlər