Növbəti səyyar qəbul Qarabulaq kənd sakinləri ilə keçirilib
16 yanvar 2026 | 16:35
16 yanvar 2026-cı il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Qarabulaq kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.






