Şriftin ölçüsü :

Saytın rəngi :

“Oxucudan-oxucuya” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

11 iyun 2024 | 15:20

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Failiyyət Planı"nın müvafiq bəndlərinə uyğun olaraq, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, regionlarda yaşayan uşaqların fəallığının artırılması məqsədilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılmış Uşaq Səfirlər Məclisinin Xızı rayonu üzrə mümayəndələrinin və  Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kitabçı” nəşriyyatının “Oxucudan-oxucuya” layihəsi çərçivəsində 11 iyun 2024-cü il tarixində Xızı rayonunun A.Abdullayev adına Altıağac qəsəbə tam orta və O.Həsənov adına Tıxlı kənd ümumi orta məktəblərində tədbirlər  keçirilmiş, şagirdlərin  yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili, kitaba marağının artırılması və mütaliə  vərdişlərinin inkişaf etdirilməsi üçün onlara müxtəlif mövzularda kitablar hədiyyə edilmişdir.

Keçidlər