“Qərbi Azərbaycana Qayıdışın İdeoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib
04 iyul 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xızı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Tarixi Qurumu İctimai birliyinin birgə təşkilatçılığı ilə Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində “Qərbi Azərbaycana Qayıdışın İdeoloji əsaslarının möhkəmləndirilməsi” adlı tədbir keçirilib. Tədbirdə Qərbi azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndələri, rayon ziyalıları və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirdi ki, Qərbi Azərbaycan, əsrlərlə azərbaycanlıların yaşadığı, yaratdığı, tarix yazdığı bir bölgə olub. Lakin XX əsrdə faciəli proseslər nəticəsində soydaşlarımız doğma torpaqlarından didərgin salınıb, minlərlən insan evsiz,yurdsuz qalıb. Qərbi Azərbaycana Qayıdış sadəcə torpağa qayıdış deyil, həmçinin yaddaşa qayıdışdır. Hər birimiz Qərbi Azərbaycana qayıdış ideyasını qəlbizimdə, düşüncəmizdə daşımalıyıq. O, qeyd etdi ki, Qərbi Azəbaycan bizim keçmişimizdir - amma eyni zamanda gələcəyimizdir.
Tədbirdə çıxış edənlər qeyd etdi ki, bu qayıdış həm də milli ruhun qayıdışıdr. Biz Qərbi Azərbaycana qayıdış ideyasını nəsillərimizin yaddaşında yaşatmalı, hər bir gəncimizin qəlbində Qərbi Azərbaycana sevgi və məsuliyyət hissi aşılamalıyıq.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.






