Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunmuşdur.

26 may 2026 | 14:38

Xızı Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Qurban bayramı münasibətilə rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunmuşdur. Bayram ərəfəsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə ümumilikdə  31 nəfərə bayram sovqatı həmçinin maddi yardım təqdim edilmişdir. 

Keçirilən görüşlər zamanı ailələrin qayğı və problemləri ilə maraqlanılmış, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğının daim davam etdirildiyi vurğulanmışdır. Şəhid ailələri, qazilər və aztəminatlı ailələr göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə etmiş, kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını arzulamışlar.

Həmçinin onlar ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və həssas sosial təbəqədən olan insanlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişlər.

Keçidlər