Qurbanov Saleh Möhübbət oğlunun şəhadətə yüksəlməsindən 40 gün keçir.
Bu gün Xızı rayon Giləzi qəsəbə sakini kapitan Qurbanov Saleh Möhübbət oğlunun şəhadətə yüksəlməsindən 40 gün keçir. Şəhid kapitan Qurbanov Saleh Möhübbət oğlu sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır . Mərasimdə Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər iştirak edərək valideyinlərinə dərin hüznlə baş sağlığı veriblər. Sonra Şəhidin məzarı ziyarət edildi gül çələngləri düzüldü , digər şəhid məzarları da ziyarət edildi. Məzarları üzərinə gül çələngləri düzüldü və ruhlarına dualar oxunuldu.