Rayon ağsaqqallarının hesabat yığıncağı keçirilib.
02.05.2025-ci il tarixinddə Xızı rayon Heydər Əliyev Mərkəzində rayon ağsaqqallarının hesabat yığıncağı keçirilib. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov və Ağsaqqallar şurasının sədr müavini Tahir Süleymanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqallar şurasının üzvləri, ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirdi ki, bu gün ağsaqqallar milli mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasının ozünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərir müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər. Xüsusi olaraq vurğulayıb ki, Xızı rayonunda ağsaqqallarla gənclər arasında möhkəm bağlılıq mövcuddur.
Tədbirdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən ağsaqqallarımızın xalqımızın milli mənafeyinə xidmət göstərən fəaliyyətindən bəhs edən geniş çıxışlar dinlənilmişdir.
Xızı Rayon Ağsaqqallar Şurasının hesabat konfransının sonunda təşkilati məsələlərə də baxılıb. Şuranın sədri Arif Nağıyev səhhətindəki problemlərlə əlaqədar fəaliyyətini davam etdirə bilmədiyi üçün həmin vəzifəyə uzun müddət YAP rayon təşkilatının sədri vəzifəsində və digər vəzifələrdə uğurla çalışmış, Şuranın sədr müavini Fərrux Haqverdiyevin namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə yekdilliklə Xızı Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Fərrux Haqverdiyev ona göstərilən yüksək etimada görə hər kəsə öz minnətdarlığını bildirib və Xızı Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin daha da aktivləşdirilməsi bilik və bacarığını əsirgəməyəcəyini bildirib.