Şriftin ölçüsü :

Saytın rəngi :

"Rəqəmsal gənclik - təhlükəsiz internet" adlı təlim keçirilib.

10 mart 2026 | 16:32

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 aprel 2025-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş " Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar"ın 6.1.7-ci bəndinin, Xızı Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının 2026-cı il üçün İş planının 9-cu bəndinin icrası ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 10 mart 2026-cı il tarixində Xızı şəhər R.İsmayılov adına tam orta ümumtəhsil məktəbində "Rəqəmsal gənclik - təhlükəsiz internet" adlı təlim keçirilib.

Təlimin məqsədi uşaqlarda internetdən təhlükəsiz və məsuliyyətli istifadə vərdişlərini formalaşdırmaq, onları internetdə mövcud olan risklər barədə məlumatlandırmaq, zərərli informasiyadan qorumaq, yetkinlik yaşına çatmayanları informasiya məkanındakı psixoloji zorakılıq hallarından müdafiəsi istiqamətində maarifləndirmək, şagirdlərə rəqəmsal mühitdə düzgün davranış qaydalarını aşılamaqdır.  

Keçidlər