Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı rayonunda vətəndaşları qəbul edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 22 may tarixində Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Abşeron rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.






