"Sağlam gənclik naminə Birkimibirlikdə" adlı görüş keçirilib.
31 iyul 2025 | 16:51
Xızı rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 31 iyul 2025-ci il tarixində Giləzi qəsəbəsində Uşaq Gənclər, İdman və Şahmat Məktəbinin idman zalında uşaqlarla "Sağlam gənclik naminə Birkimibirlikdə" adlı görüş keçirilib.
Tədbirdə yetkinlik yaşına çatmayanları zorakılıq, istismar halları, zərərli vərdişlərdən, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrdən qorumaq haqqında maarifləndirici söhbətlər aparılmış, idmanın insan sağlamlığındakı əhəmiyyətindən bəhs edilmişdir.






