"Sağlam gənclik - sağlam cəmiyyət" adlı maarifləndirici görüş keçirilib.
Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının 31 may 2002-ci il tarixli 336 IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 5-ci maddəsinin 2-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2025-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın 6.1.2-ci bəndinin icrası ilə əlaqədar 27 fevral 2026-cı il tarixində Xızı rayonu A.Abdullayev adına Altıağac qəsəbə tam orta ümumtəhsil məktəbində "Sağlam gənclik - sağlam cəmiyyət" adlı maarifləndirici görüş keçirilib.
Məqsəd uşaqların sağlam həyat tərzinə təşviqi, narkomaniya, tütün, alkoqol və digər zərərli vərdişlərin mənfi təsiri, onların uşaq hüquqları haqqında məlumatlandırılması olmuşdur.
Sonda mövzu ətrafında uşaqlarla fikir mübadiləsi aparılıb, qısametrajlı film nümayiş etdirilib.






