"Sağlam gənclik, sağlam cəmiyyət" adlı maarifləndirici tədbir keçirilmişdir.
07 oktyabr 2026 | 16:42
Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 07 oktyabr 2026-cı il tarixində Altıağac qəsəbə tam orta məktəbində "Sağlam gənclik, sağlam cəmiyyət" adlı maarifləndirici tədbir keçirilmişdir.
Məqsəd uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin və psixotrop maddələrin insan sağlamlığına vurduğu ziyan barədə məlumatlılığın artırılması, dini radikalizmin yaratdığı problemlər, uşaqların zorakılıq hallarından müdafiəsi istiqamətində maarifləndirmə işi aparmaqdır.






