"Şanlı zəfər tarixi" adlı dəyirmi masa keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.5-ci, Xızı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2025-ci il üçün İş Planının 20-ci bəndinə uyğun olaraq Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 3 aprel 2025-ci il tarixində Xızı şəhər R.İsmayılov adına tam orta məktəbində "Şanlı zəfər tarixi" adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə xalqımızın Qarabağ zəfərinə gedən yolda göstərdiyi şücaət, igid Azərbaycan övladlarının zaman-zaman düşmənə qarşı apardıqları mübarizə, 2016-cı ilin aprel ayında ordumuzun işğal altında olan ərazilərimizdə qısamüddətli döyüş əməliyyatlarında qazandığı nailiyyəti barədə çıxışlar edilmişdir. Sonda "Aprel şəkilləri" adlı sənədli film nümayiş olunmuşdur.