Şəhərsalma və Memarlıq İli çərçivəsində Xızı rayonu ərazisində ətraf mühitin mühafizəsi, və ictimai fəallığın artırılması məqsədilə iməclik təşkil olunmuşdur.
16 aprel 2026 | 16:26
Şəhərsalma və Memarlıq İli çərçivəsində Xızı rayonu ərazisində ətraf mühitin mühafizəsi, və ictimai fəallığın artırılması məqsədilə iməclik təşkil olunmuşdur.
İməclik zamanı sututarlar və arxlar tullantılardan təmizlənmiş, yaşıllıq sahələrinə qulluq göstərilmiş, abadlıq işləri aparılmışdır. Eyni zamanda, su axınının bərpası və ətraf ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülmüşdür.
Tədbirin əsas məqsədi daha təmiz, səliqəli mühitin formalaşdırılmasına töhfə vermək, vətəndaşlarda ekoloji məsuliyyət hissini gücləndirmək olmuşdur.






