“Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq ağacəkmə aksiyası keçirilmişdir.
13 mart 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.
Xızı şəhərinin giriş hissəsində təşkil edilmiş aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, rayonun idarə, müəssisə və təşkilatlarn rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Keçirilən tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, şəhərsalma prosesində ekoloji amillərin nəzərə alınmasını təşviq etmək və gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır. Aksiya iştirakçıları tərəfindən əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilmiş, onların mühafizəsi və inkişafı üçün zəruri tədbirlərin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Belə təşəbbüslər şəhər və kənd ərazilərində yaşıllıq örtüyünün artırılmasına, ekoloji mədəniyyətin yüksəldilməsinə və əhalinin ətraf mühitə məsuliyyətli münasibətinin formalaşmasına mühüm töhfə verir. Gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi planlaşdırılır.






