“Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq rayon ərazisində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
2026-cı il aprel ayının 27-i tarixində “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Xızı şəhərinin giriş hissəsində təşkil edilmiş aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, rayonun idarə, müəssisə və təşkilatlarn rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Aksiya çərçivəsində əraziyə müxtəlif növ ağac tingləri əkilmiş, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər aparılmışdır. Əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilmiş, onların normal inkişafı üçün zəruri tədbirlər görülmüşdür.
Keçirilən tədbirin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək vermək, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq və rayon ərazisində yaşıllıq zolaqlarını genişləndirməkdən ibarətdir.
Belə təşəbbüslər təbiətin qorunmasına, ekoloji mədəniyyətin yüksəldilməsinə və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına mühüm töhfə verir. Bu istiqamətdə tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.






