Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elməddin Cəfərovun doğum günü münasibətilə anım tədbiri keçirilib

21 sentyabr 2026 | 15:50

Bu gün şəhid Cəfərov Elməddin Hümbət oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailəsi və məktəblilər iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs olunub. Məktəblilər tərəfindən Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib.

Daha sonra şəhid ailəsi ilə görüş keçirilib, ailənin qayğı və problemləri ilə maraqlanılıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə diqqət və qayğının göstərilməsi dövlətin daim diqqət mərkəzindədir.

Tədbirdə şəhid Elməddin Cəfərovun Vətən qarşısındakı xidmətlərinin və qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər