Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qurbanov Saleh Möhübbət oğlunun doğum günü qeyd edildi.

14 aprel 2023 | 15:29

 Aprel ayının 14-də 13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Xızı rayonu Giləzi qəsəbə sakini, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Qurbanov Saleh Möhübbət oğlunun doğum günü qeyd edilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişdir.

   Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuzun səyi nəticəsində torpaqlarımızı işğalçılardan azad edildiyini qeyd etmiş, hər bir  şəhidimizin bizim üçün doğma, müqəddəs olduğunu, dövlətimizin hər zaman şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiyini bildirmişdir.

     Sonra mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin Giləzi qəsəbəsində yerləşən məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxunmuşdur.

Keçidlər