Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qurbanov Saleh Möhübbət oğlunun vəfatından bir il ötür.

13 sentyabr 2023 | 15:39

     Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xızı rayonu Giləzi qəsəbə sakini kapitan Qurbanov Saleh Möhübbət oğlunun il mərasimi keçirilmişdir. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və rayon ictimaiyyətinin nümayəndələri şəhid Saleh Qurbanovun  məzarını ziyarət etmiş, məzarı önünə tər çiçəklər düzmüşlər.

   Mərasimdə cıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıqlarından danışmış, hər bir  şəhidimizin bizim üçün doğma, müqəddəs olduğunu, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olmasını qeyd etmişdir.

Keçidlər