Şəhid Rafiq İsmayılovun adını daşıyan Xızı şəhər tam orta məktəbində anım tədbiri keçirilib.
Şəhid Rafiq İsmayılovun adını daşıyan Xızı şəhər tam orta məktəbində anım tədbiri keçirilib. Tədbirdə şəhid Rafiq İsmayılovun əziz xatirəsi ehtiramla yad edilib, onun vətən qarşısında göstərdiyi fədakarlıqdan, qəhrəmanlığının gələcək nəsillər üçün örnək olmasından və şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının əhəmiyyətindən bəhs olunub.
Şəhidin adını daşıyan məktəbdə təşkil olunan tədbirdə rayonun rəsmi şəxsləri, şəhid ailələrinin üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyəti vurğulanıb, qazanılmış Zəfərin şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi ilə sıx bağlı olduğu qeyd edilib.
Bildirilib ki, şəhidlərin adını daşıyan təhsil müəssisələrində gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik düşüncəsinə malik və vətənpərvər ruhda yetişdirilməsi mühüm əhəmiyyət daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






