Şriftin ölçüsü :

Saytın rəngi :

 Şəhid Vidadi Allahverdiyevin övladlarının ad günü ilə əlaqədar ailəsi ziyarət edildi

02 may 2023 | 15:33

  Xızı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi və  Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xızı rayon  Komitəsi tərəfindən  şəhid Vidadi Allahverdiyevin övladlarının ad günü ilə əlaqədar ailəsi ziyarət edilmişdir.

   Allahverdiyeva Ruhi Vidadi qızının 9 yaşı, Allahverdiyeva Dəniz Vidadi qızının 8 yaşı, Allahverdiyev Fazil Vidadi oğlunun isə 5 yaşı münasibəti ilə alınmış hədiyyələr uşaqlara  təqdim edilmiş, sonra çay süfrəsi arxasında şəhidimizin keçdiyi həyat yolu və 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqları ilə bağlı xatirələrini  bölüşüblər.

Keçidlər