Sitalçay kəndində növbəti səyyar görüş-qəbul keçirilib
01 noyabr 2024 | 14:53
01 noyabr 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Sitalçay kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.