Şriftin ölçüsü :

Saytın rəngi :

Şorabad qəsəbə tam orta məktəbində "Erkən nikah və onun fəsadları" mövzusunda tədbir keçirilib.

16 may 2024 | 15:59

16 may 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi, "Xızı Rayon Mərkəzi Xəstəxanası" phş və Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə M.A. Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbində "Erkən nikah və onun fəsadları" mövzusunda tədbir keçirilib.
Tədbirdə mövzu ətrafında məruzələr dinlənilib, yetkinlik yaşına çatmayanlarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və sonda mövzu haqqında qısa videoçarx nümayiş etdirilib.

Keçidlər