“Su ehtiyatlarından səmərəli istifadə mövcud resursların qorunması, alternativ su mənbələrinin yaradılması və ölkənin davamlı inkişafı və ekosistemlərin mühafizəsi” mövzusunda maarifəndirici tədbir keçirilmişdir.
17 aprel 2025-ci il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı Rayon İcra Hakimiyyətinin konfrans zalında İqlim dəyişmələri, əhalinin və iqtisadiyyatın artan su tələbatı, mövcud su ehtiyyatlarının idarə olunmasında yeni və daha səmərəli yanaşmaların zərurətini yaratdığından “Su ehtiyatlarından səmərəli istifadə mövcud resursların qorunması və alternativ su mənbələrinin yaradılması və ölkənin davamlı inkişafı və ekosistemlərin mühafizəsi” mövzusunda maarifəndirici tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Xızı Rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə müəssisə və təşkilatların əməkdaşları, Xızı RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak etmişdir.
Çıxışlarda bildirildi ki, Rayon ərazisində suyun ilk növbədə kənd əhalisinin kommunal-məişət su tələbatının ödənilməsi üçün verilməsi, su itkilərinin qarşısının azaldılması üçün kənd təsərrüfatı bitkilərinin gecə suvarılmasının tətbiq edilməsi, sudan istifadəyə nəzarətin gücləndirilməsi, su təminatı ilə bağlı yaranmış vəziyyət barədə su istifadəçiləri arasında müvafiq izahat və maarifləndirmə işləri aparılmışdır.
Tədbirin sonunda Xızı rayonunda alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı bir sıra təkliflər səsləndirilərək, müzakirələr aparılıb.