Şriftin ölçüsü :

Saytın rəngi :

Subasmanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

09 aprel 2026 | 11:45

Son günlər yağan intensiv yağışlar nəticəsində Xızı rayonunun Sitalçay kəndində yaşayış evlərini su basıb. Yaranmış vəziyyətin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilir.

Hazırda xüsusi texnika və motorlar vasitəsilə evlərə dolmuş suların çəkilməsi işləri aparılır, əraziyə cəlb olunan qüvvələr fasiləsiz iş rejimində subasmanın fəsadlarının aradan qaldırılmasına çalışırlar.

Eyni zamanda, zərərçəkmiş sakinlərin müvəqqəti yerləşdirilməsi üçün ərazidə çadırlar qurulub, onların ilkin ehtiyaclarının qarşılanması istiqamətində zəruri addımlar atılıb,  vəziyyət nəzarətdə saxlanılır və subasmanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Keçidlər