Şriftin ölçüsü :

Saytın rəngi :

“Suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

12 fevral 2025 | 11:42
12 fevral 2025-ci il tarixində Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin akt zalında Xızı Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin,Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, “Suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmli, müəllimlər və şagirdlər iştirak edib.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.
Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov çıxış edərək, bildirmişdir ki, insanları birləşdirən, cəmiyyətin möhkəmliyini artıran və birgə fəaliyyətə təşviq edən amillərdən olan dini və mənəvi dəyərlər bir ölkənin daxili və xarici təhlükəsizliyinin təmin olunmasında, vətəndaşların birliyinin gücləndirilməsində və ümumi milli məqsədlərə çatmaqda mühüm faktordur. O qeyd etmişdir ki, dini və mənəvi həmrəylik suverenliyin qorunmasında yalnız daxili birliyin gücləndirilməsinə deyil, həm də xalqın xarici təsirlərə qarşı daha güclü müqavimət göstərməsinə, cəmiyyətin sabitliyinin təmin edilməsinə və ölkənin gələcəkdəki inkişafına öz töhfəsini verir.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi diqqətə çatdırılmış, eyni zamanda, suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər