Şriftin ölçüsü :

Saytın rəngi :

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

25 may 2026 | 17:39
 
TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini qəbul edib.
 
Qəbuldan öncə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov və TƏBİB-in İcraçı direktoru Anar Bayramov  Xızı şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. 
 
Qəbul zamanı vətəndaşlar müayinə-müalicə, iş, əmək münasibətləri və s. ilə bağlı müraciət edib. Hər bir müraciət diqqətlə dinlənilib, bir sıra məsələlər yerində həll olunub.

Araşdırma tələb olunan digər müraciətlərin qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
 
Keçidlər