Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xızı rayon Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilmişdir.

30 mart 2023 | 12:24

30 mart 2023-cü il tarixdə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xızı rayon Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir. “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Xızı rayonunda keçirilmiş aksiyada 900 ədəd həmişəyaşıl tuya və sərv ağacları əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Ağacəkmə aksiyasında 90 nəfər iştirak etmişdir.

 

Keçidlər