Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyi Xızı rayonunda qeyd edlildi
10 may 2025 | 10:58
10 may 2025-ci il tarixində Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönmü münasibətilə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xızı Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları Ulu Öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad etmişlər.