Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə Xızı rayon açıq birinciliyi keçirilmişdir.
05 may 2026-cı il tarixində Xızı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə gənclər və idman sektoru və Xızı rayon UGİŞM-nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə Xızı rayon açıq birinciliyi keçirilmişdir. Tədbir Ümummilli Liderin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunmuşdur.
Tədbirdə çıxış edən Xızı RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat sektorunun müdiri Abdulla Hüseynov, Xızı rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Məmmədov, Xızı rayon Uşaq Gənclər İdman -Şahmat Məktəbinin direktoru Xəyal Əliyev və qonaq qismində iştirak edən qazi Kamran Baxşızadə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamış, bu cür tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Tədbirin əsas məqsədi gənc nəslin intellektual inkişafının dəstəklənməsi, şahmat idman növünə marağın artırılması və Ümummilli Liderin zəngin dövlətçilik irsinin təbliğidir. Yarışda rayonun müxtəlif məktəblərini təmsil edən yeniyetmələr iştirak etmiş, gərgin və maraqlı mübarizə şəraitində qaliblər müəyyən olunmuşdur.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edilmişdir.






