Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi.

12 dekabr 2025 | 16:19

       Bu gün respublikamızın hər yerində olduğu kimi Xızı rayonunda da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 22-ci ildönümü qeyd edilmiş, Ulu Öndərin əziz xatirəsi yad edilmişdir.

      Dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin vəfatından 22 il ötür. Ölümündən sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yaddaşında əbədiləşdirir. Heydər Əliyev xalq qarşısında misilsiz xidmətlərinə görə hər zaman vətəni, milləti  üçün əziz olaraq qalacaq. Çünki bu dahi şəxsiyyət  öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixə yazılmış böyük azərbaycanlıdır. 

     Xızı şəhər Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önündə keçirilən tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ağsaqqalları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir. Anım mərasimdən sonra ehsan süfrəsi təşkil olunmuşdur.

Keçidlər