Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

31 oktyabr 2025 | 15:36

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş 20 oktyabr-20 noybar tarixlərində keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Faəliyyət Planı”nın 5.4.2-ci bəndinə, Xızı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2025-ci il üçün İş Planının 24-cü bəndinə uyğun olaraq Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə Gənclər və İdman sektorunun iştirakı ilə rayonun Fındığan kənd tam orta ümumtəhsil məktəbində “Uşaq hüquqları, erkən nikah və qohum evliliyinin mənfi fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə uşaq hüquqlarının qorunması, erkən nikah, qohum evliliyi, uşaq əməyinin istismarı mövzusunda məruzlər edilmiş, uşaqlar və məktəbin pedaqoji heyət üzvləri ilə maarifləndirici söhbət və ətraflı müzakirələr aparılmışdır.

Keçidlər