Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir keçirilib.
13 noyabr 2026 | 16:07
13 noyabr 2026-cı il tarixində Xızı şəhəri R.İsmayılov adına tam orta ümumtəhsil məktəbində Xızı Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə çıxış edən natiqlər “Uşaq Hüquqları Aylığı”nın əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görmək, bu sahədə ictimaiyyətin məlumatlılığının artırılması və uşaq hüquqlarının qorunmasına diqqətin yönəldilməsidir.
Daha sonra mövzu ilə bağlı uşaqlarla fikir mübadiləsi aparılıb.






