Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.

11 noyabr 2026 | 16:46

Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 Oktyabr - 20 noyabr tarixlərində elan edilmiş "Uşaq Hüquqları Aylığı" çərçivəsində Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 11 noyabr 2026-cı il tarixində M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta ümumtəhsil məktəbində maarifləndirici görüş keçirilib.

Məqsəd uşaqların hüquqları barədə məlumatlılığının artırılması, onların hüquq və vəzifələrinin izah edilməsi, hüquqlarının qorunmasının əhəmiyyətinin təbliğidir.
Sonda mövzu ətrafında pedaqoji işçilər və uşaqlarla müzakirələr aparılıb.

Keçidlər