"Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir.
BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş uşaq hüquqlarının qorunmasına dair ən mükəmməl beynəlxalq sənəd – Uşaq hüquqları haqqında Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Uşaqların müdafiəsi və inkişafının dövlətin siyasətində mühüm yer tutduğunu nəzərə alaraq, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də həmin Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə “Uşaq hüquqları aylığı” elan edilmişdir.
Bununla əlaqədar 21 noyabr 2022-ci il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Abşeron – Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin 7, 8, 9, 10 və 11-ci sinif şagirdləri və məktəbin pedoqoji heyətinin iştirakı ilə “Uşaq hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə uşaq hüquqları barədə geniş məruzələr dinlənilmiş, mövzuya dair slayd nümayiş etdirilmiş, tədbir iştirakçıları ilə söhbət-disputlar aparılmışdır. Sonda uşaqları maraqlandıran suallar cavablandırılmışdır.