Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

21 oktyabr 2026 | 16:05

     Birləşmiş Millətlər Təşkilatının  “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin növbəti  ildönümü ərəfəsində  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) tərəfindən 20 oktyabr -20 noyabr tarixlərinin  ölkəmizdə  “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar olaraq  Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı  Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 21 oktyabr 2026-cı il tarixində Giləzi qəsəbə Mikayıl Müşfiq adına tam orta ümumtəhsil məktəbində  "Sağlam Gənclik, Sağlam Cəmiyyət" adlı maarifləndirici  tədbir keçirilmişdir.

     Tədbirdə uşaq hüquqları, uşaqların  zorakılıq hallarından müdafiəsi,  sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən olan narkomaniyanın insan sağlamlığına ziyanı barədə çıxışlar edilmiş, uşaqların fikirləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər