“Uşaq hüquqları. Uşaqları zərərli informasiyadan qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş 20 oktyabr-20 noybar tarixlərində keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Faəliyyət Planı”nın 5.3.9-cu bəndinə, Xızı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2025-ci il üçün İş Planının 9-cu bəndinə uyğun olaraq Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə Gənclər və İdman Sektorunun iştirakı ilə 14 noyabr 2025-ci il tarixində Xızı rayonu O.Həsənov adına Tıxlı kənd ümumi orta ümumtəhsil məktəbində “Uşaq hüquqları. Uşaqları zərərli informasiyadan qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə uşaqların hüquq və vəzifələri, onların zərərli informasiyadan qorunması mövzusunda məruzələr edilmiş, uşaqlarla maarifləndirici söhbətlər aparılmış, onları maraqlandıran suallar ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.






