Uşaq Səfirlər Məclisi nümayəndələrinin və fəal uşaqların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Xızı rayonunda təlim keçirilb.
Uşaq Səfirlər Məclisi nümayəndələrinin və fəal uşaqların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Xızı rayonunda təlim keçirilb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 aprel 2024-cü il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində Uşaq Səfirlər Məclisinin nümayəndələri və fəallıqları ilə seçilən uşaqlar üçün təlim proqramı təşkil edilib.
“Təhlükəsiz internet üçün maariflənək” mövzusunda keçirilən təlimlərdə informasiya dövründə internetin faydalı cəhətləri, eləcə də zərərli təsirləri və mənfi hallarla mübarizə istiqamətində məlumatlar diqqətə çatdırılıb.
Təqdimatda informasiya təhlükəsizliyinin təmin edilməsi, uşaqların sosial şəbəkələrdən və ümumilikdə, internetdən düzgün istifadəsinin təşviq edilməsi, spam xarakterli və viruslu onlayn proqramların və mesajların ayırd edilməsi, güclü şifrələrin yaradılması haqqında məlumat verilib. Bildirilib ki, internetin uşaqlara mənfi təsirləri sırasında fiziki və psixoloji xəstəliklərin yaranması, asılılıq və zərərli vərdişlərə aludəçilik hallarının baş verməsi, insan alverinin qurbanı olma, real həyatdan və ailədən uzaqlaşma və digərləri yer alır.
İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, informasiya təhlükəsizliyinin təmin edilməsi və internetin zərərli təsirlərindən müdafiə ətrafında səhnəciklər nümayiş etdiriblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.