Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaqdan-uşağa" layihəsi çərçivəsində təlimlər keçirilib.

29 oktyabr 2026 | 10:55

29 oktyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonları üzrə nümayəndələri və fəalları üçün “Liderlik bacarıqları” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib.

 “Uşaqdan-uşağa” layihəsi çərçivəsində keçirilən təlimlərin əsas məqsədi uşaqlarda təhlükəsiz internet istifadəsi və fərdi məlumatların qorunması ilə bağlı bilikləri artırmaq, inkişaf hüquqlarının təşviqində təşəbbüskarlığı və iştirakçılıq bacarıqlarını, eləcə də liderlik və komanda ilə işləmək qabiliyyətlərini inkişaf etdirməkdir.

Təlimlərin davamında iştirakçılar komandalara bölünərək intellektual oyunda bilik və bacarıqlarını nümayiş etdiriblər. Uşaq Səfirlər Məclisinin Xızı rayonu üzrə fəallarından üç nəfərin təmsil olunduğu komanda bilik yarışında qalib gələrək sertifikat və hədiyyələrlə təltif ediliblər.

Keçidlər