Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi” mövzusunda tədbir keçirilmişdir.

30 mart 2023 | 15:16

Xızı Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil idarəsinin birgə təşkilatçılğı ilə 30 mart 2023-cü il tarixində Xızı rayonu O.Həsənov adına Tıxlı kənd ümumi orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 27.11.2020-ci il tarixli 2306 saylı Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xızı RİH-nin əməkdaşları mövzu ətarfında geniş maarifləndirici çıxışlar etmişlər.
Söhbət-disput zamanı şagirdləri maraqlandıran suallara cavablar verilmişdir. Səmimi atmosferdə keçən tədbirin sonunda şagirdlərlə xatirə şəkilləri çəkilmişdir.

Keçidlər