Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqların zorakılıq və istismar hallarından müdafiəsi, onların maraqlarına toxunan məsələlərdə iştirakının təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

10 dekabr 2025 | 11:58

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noybar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üçün 2020-2025-ci illər üzrə Fəaliyyət Planı”nın 5.4.2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 aprel 2025-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın 6.1.7-ci bəndinin icrası ilə əlaqədar 10 dekabr 2025-ci il tarixində Xızı Peşə məktəbində təhsil alan uşaqlarla “Uşaqların zorakılıq və istismar hallarından müdafiəsi, onların maraqlarına toxunan məsələlərdə iştirakının təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə uşaq hüquqları, milli və beynəlxalq qanunvericiliyin tələblərindən irəli gələn vəzifələr, erkən nikah, narkomaniya, milli-mənəvi dəyərlərin təbliği barədə məruzələr dinlənilmiş, interaktiv müzakirələr aparılmışdır.

Keçidlər